Sizə müdrik insanlar tərəfindən təhsil haqqında deyilən 10 aforizmi təqdim edirik.
1)Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək.(Hz.Muhəmməd s.ə.v.)
2)Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələrdə çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur lakin hamısı faydalı deyil. (Hz.İsa ə.s.)
3)Hər qab içinə bir şey qoyduqca daralır. Ancaq elm qabı istisnadır: o, elm qoyduqca genişlənir.(Hz.Əli ə.s.)
4)Əgər elm ümidlə olsaydı, dünyadakı bütün insanlar alim olardı.(Hz.Əli ə.s.)
5)Kim özündən çox bilənlə mübahisə etsə ki, biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar.(Sədi Şirazi)
6)Bütün elmlərin açarı sual işarəsidir.(Onore de Balzak: Fransız yazıçısı)
7)Övladım! Vaxtının bir hissəsini elm öyrənməyə ayır! Çünki heç bir şey elmdən uzaqlaşmaq kimi insan ömrünü məhv etmir.(Loğman : Hikmət sahibi)
8)Elmin hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, bizdən bir o qədər uzaqlaşır.(Pyer Buats: Fransız dilşünası)
9)Elminizə elm əlavə edən şəxs sizin dostunuzdur.(Corc Mur: İrland yazıçısı)
10)Elm hüdudsuz bir okeandır; mən və bəzi dostlarım bu okeandan bir neçə damcı su içmək fürsətini əldən vermədik.(İsaak Nyuton: İngilis fiziki və astronomu)
Ümid edirik ki yazımızı bəyəndiniz :)